Piyada keçidində qəza işıqlarını yandıraq? – Qanunda yazılanlar və yazılmayanlar – VİDEO

Sürücülərimizin əksəriyyəti yol hərəkəti qaydalarında yazılmış və yazılmamış qanunlarla hərəkət edir. Yazılmış qanunlardan xəbərsiz olan sürücülər adətən yazılmamış, kiminsə etdiyi hərəkətləri təkrarlayır və sonra da o adamda əminlik yaranır ki, əslində, düzgün qayda elə budur. Məsələn, nizamlanmayan piyada keçidində piyada yol vermək üçün dayanan sürücülərin əksəriyyəti avtomobilin qəza-dayanma işıqlarını qoşur. Bəziləri bunu yaxşı hal kimi qəbul edir, bəziləri isə qanunu bilməyən sürücülərə kənardan baxıb gülür. Məsələ burasındadır ki, keçidin qarşısında dayananda qəza işıqlarını yandırmaq yazılmamış qanundur. Bəs, yazılmış qanun bu barədə bizə nə deyir?
“Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin 2-ci hissəsində qeyd olunur ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Bəli, qanunda çox aydın şəkildə yazılıb ki, sürücü keçidin yanında nə etməlidir. Yəni, siz keçidin yanında və ya qarşısında dayanan nəqliyyat vasitəsinə çatıb onun bərabərində dayanmalı, sağa-sola baxaraq keçiddə piyadanən olub-olmadığını dəqiqləşdirərək buna uyğun davranmalısınız. Ancaq bizim təqdim etdiyimiz videodan görünür ki, soldakı avtomobil piyadaya yol vermək üçün dayansa da sağdakı maşınların bir neçəsinin sürücüsü nəinki sürəti azaldıb dayanmır, daha yüksək sürətlə hərəkəti davam etdirir.
Məsələ burasındadır ki, bəzi sürücülərin fikri yolda yox, telefonda olur. Bu üzdən də onlar yazılan qanunları yox, yazılmayan qaydaları üstün tutur. Yəni belələrinə mütləq səslə, işıqla işarə vermək lazımdır ki, qarşıda keçid var, dayan...
Elməddin Muradlı
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












