Qaçaraq yolu keçmək istəyən piyadanı maşın belə vurdu - ANBAAN VİDEO

Səbrsiz piyada səbrsiz sürücünün hədəfinə tuş gəldi. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə Moskvanın mərkəzi küçələrindən birində baş verib. Belə ki, olaydan da göründüyü kimi, qırmızı işıqda yolu tələsik keçən piyada qarşıdan gələn avtomobilin qurbanı olub.
Görüntülərə fikir versək onunla yolu keçməyə çalışan digər piyadaların vurulan şəxsdən fərqli olaraq qarşıdan gələn avtomobillərin dayanmasını gözlədikdən sonra hərəkət etdiklərinin şahidi oluruq. Hadisədə təqsirkar avtomobil sürücüsü olsa belə, piyadanın “qarşı tərəfə olan yersiz inamı”da hər ikisinin ehtiyatsızlığını göstərir. Nəticədə avtomobilə dəyərək ayaqlarından ağır zədələnən piyada xəstəxanaya yerləşdirilib.
Videoya istinadən onu da qeyd edək ki, ölkəmizdə də xüsuilə nizamlanmamış piyada keçidlərində tez-tez qeydə alınan “belə qəzalar” bizə keçiddən istifadə zamanı ekstra ehtiyatlı olmağımızı göstərir. İşıqfor sizə “keç” desə belə, buna məhəl qoymayan “ehtiyatsız” sürücülərin olduğunu nəzərə alaraq, keçiddən keçərkən diqqətli olmağa və yavaş sürətlə hərəkət etməyə çalışın.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












