Qadın sürücünün törətdiyi və qızının ölümünə səbəb olduğu qəza - ANBAAN VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Avtosfer,az xəbər verir ki, ilkin ehtimala görə, hadisə sürücünün diqqətinin mobil telefona yönəlməsi səbəbindən baş verib. Qəzadan öncə minik avtomobilinin yüksək sürətlə yaxınlaşdığı, sürücünün son anda qəzadan yayınmağa çalışdığı videoda aydın şəkildə görünür. Son anda qəzadan yayınmağa çalışan sürücü buna nail ola bilməyib və zərbə yük maşınının arxa sol künçündən dəyib.
BDYPİ-nin şöbə rəisi polis mayoru Rövşən Tağıyev Avtosfer.-az-a bildirib ki, paytaxt sakini Vəfa Əliyeva ötən gün saat 18:00 radələrində idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı-Qazax yolunun Nəvahi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Qazax rayon sakini Əhliman Mustafayevin idarə etdiyi yük avtomobili ilə toqquşub. İlkin ehtimala görə sürücünün diqqətinin mobil telefona yönəlməsi səbəbindən baş verən qəzada onun 17 yaşlı qızı həyatını itirib: "Dəyərli sürücülər! Ani diqqətsizlik sonradan bərpası mümkün olmayan faciələrə yol açır, odur ki, sükanla təkcə nəqliyyat vasitəsini deyil, həm də özümüzün və doğmalarımızın həyatını idarə etdiyimizi unutmamalıyıq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














