Qayda pozan motosikletçini qəzadan cəmi 1 saniyə ayırdı - VİDEO
Maraqlı hadisə Belçikada baş verib.
Avtosfer.az-ın xəbərinə görə, Ruler şəhəri yaxınlığındakı dəmiryolu keçidində motosikletçi bağlı şlaqbauma rəğmən hərəkəti davam etdirib. Onu qatarla toqquşmadan 1 saniyədən də az vaxt ayırıb. İntizamsız sürücü yoluna davam edib, maşinist isə prosedura uyğun olaraq qatarı bir neçə yüz metr sonra saxlayıb.
Hadisə nəticəsində 2 şəhər arasında dəmiryolu əlaqəsi 4 saat kəsilib. Maşinistin halı pisləşdiyi üçün o, başqası ilə əvəz edilib.
Hazırda polis qayda pozan sürücünü axtarır. Belçika qanunvericiliyinə görə, dəmiryolunu keçmə qaydalarını pozmaq 350-4000 avro cərimə və sürücülük hüququnun 5 ilədək məhdudlaşdırılması ilə cəzalandırılır. Bundan başqa, qayda pozan şəxs dəmiryolu təsərrüfatına hərəkətin dayanmasından dəyən zərəri də qarşılamalıdır.
Vüqar Yaşaroğlu
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










