Qayda pozan sürücü ağır qəzaya səbəb oldu: sərnişin avtomobildən uçdu - VİDEO

Qayda pozaraq ağır yol qəzasına səbəb olan sürücünün videosu təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Kadrlarda, hərəkətədə olan “Mercedes” markalı minik avtomobilinin qarşısına anidən “Chevrolet” markalı yolsuzluq maşınının çıxdığı görülür.
“Mercedes”in sürücüsü qəzadan yayınmağa çalışsa da, bunu bacarmayıb və toqquşma baş verib. İdarəetmədən çıxan minik avtomobili park edilmiş digər maşına çırpılıb.
Zərbənin təsirindən “Mercedes”in sərnişini avtomobilin ön şüşəsindən uçaraq asfalt zəminə çırpılıb. Qəza zamanı diqqətçəkən məqamlardan biri isə o olub ki, minik avtomobilinin sərnişininin təhlükəsilik kəmərindən istifadə etməməsinə baxmayaraq o, bəxti sayəsində hadisəni yüngül xəsarətlərlə atladıb.
Qeyd edək ki, yolsuzluq maşını həm manevr qaydasını, həm də 1.1 xəttinin tələbini pozaraq minik avtomobilinin qarşısına çıxıb.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












