Qayda pozmadığı halda cərimə ödəyib: indi də pulunu geri istəyir - VİDEO

Lənkəran sakini qayda pozmadığı halda onun adına cərimə olunduğu barədə 4 protokol yazıldığını iddia edir.
Məlumatına görə, Lənkəran rayonu, Aşağı Nüvədi kənd sakini Amal Hüseynovun adına Bakı şəhərində evakuatorla radara düşməsi ilə bağlı 4 xəbərdarlıq bildirişi gəlib.
Amma sürücü bu cərmə ilə razılaşmır. Səbəb isə onun evakuator deyil, təcili tibbi yardım avtomobilinin sürcüsü olmasıdır.
Amal Hüseynov deyir ki, Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında “90 JM 949” dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilini idarə edir. O, evdə olduğu halda harada və hansı şəraitdə, hansı ərazidə radara düşdüyünü öyrənmək üçün aidiyyəti üzrə müarciət edib. Amal Hüseynova radar cərməsinin 99 JM 949 dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsinin olduğunu bildiriblər.
İndi Amal Hüseynov yol-hərəkəti qaydalarını pozmadığı halda onun adına yazılan cərimlərinin silinməsini və bundan əvvəl evakuator üçün ödədiyi cərimlərin də ona qaytarılmasını istəyir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirdi ki, vətəndaş İdarənin rəsmi internet səhifəsi olan dyp.gov. az-a müraciət etsin. Nəticəsi barədə vətəndaşa rəsmi qaydada məlumat veriləcək.
Daha ətraflı videomaterialda:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












