Qəzadan yayınan avtobus banka girdi - VİDEO

Çində minik avtomobili ilə toqquşmaqdan yayınan avtobus bankın binasına çırpılıb. Avtosfer.az xəbər verir ki, qəza Liaoning əyalətinin Dalian şəhərində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü sağa dönmək üçün zolağı qəfil dəyişib və bu zaman eyni istiqamətdə hərəkət edən sərnişin avtobusunun önünə çıxıb. Avtobus sürücüsü qəzadan yayınmaq üçün sükanı sağ tərəfə döndərib və bu zaman sürətlə yaxınlıqdakı bank binasının girişinə çırpılıb.
Yerli KİV-in yazdığına görə, avtobusda olan 49 sərnişin müayinə üçün tibb məntəqəsinə aparılıb. Onlardan dördü yüngül xəsarətlər alıb, vəziyyətləri stabildir və müalicələri xəstəxanada davam etdirilir. Bir nəfər isə ağır xəsarətlər alsa da vəziyyəti kritik deyil.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












