Qəzalar zamanı günah “Prius”da, yoxsa sürücüdədir? - SORĞU - VİDEO

Son zamanlar avtomobil qəzalarında “Toyota” markasına məxsus “Prius” modelinin adını tez-tez eşidirik. Sanki belə bir düşüncə formalaşıb ki, “Prius” qəzaya düşməyə meyilli maşındır. Bəs əslində vəziyyət necədir? “Prius” qəzalarında maşın günahkardır, yoxsa onu idarə edən sürücü?
Avtosfer.az-ın elə “Prius” sürücüləri arasında keçirdiyi sorğu nəticəsində məlum oldu ki, “Prius” modeli həm komfort, həm ekonom, həm də dizayn baxımından çox avtomobili geridə qoyur. Üstəlik, avtomobilin ehiyyat hissələrinin ucuzluğu da digərlərindən fərqlənir.
Bəs qəzalar zamanı günah “Prius”da, yoxsa sürücüdədir?
Əlbətdə ki, mühəndislər avtomobili satışa çıxarmazdan öncə onun hər bir detalını, gedişini, manevr imkanlarını, rahatlığını sınaqdan keçirdillər. Düşünsək ki, “Prius” modeli “Toyota” markasının mühəndisləri tərəfindən yoxlanılıb, tam əminliklə deyə bilərik ki, avtomobilin heç bir günahı yoxdur.
Bəzi hallarda sürücü iddia edə bilər ki, qəza zamanı əyləc işləmədi, sükan dönmədi, təkər partladı və bu kimi halar yaşandı, yəni günahı avtomobilin üzərinə ata bilər. Həmin sürücülərə qısaca cavab budur ki, texniki baxışdan yayınmayın, avtomobili vaxtı-vaxtında təmir etdirin, günahı dəmir parçasının üzərinə atmaq absurd fikirdir.
Qeyd edək ki, “Toyota Prius” dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilib. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzin və ya dizelli bir motor ilə elektrik motoru eyni zamanda çalışır.
Nurlan Sakitoğlu
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












