"Qoçu" sürücü xanımın yolunu kəsib küt alətlə hücum etdi - ŞOK VİDEO

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (Avtovağzalın qarşısında) baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 99-UP-654 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü xanım sürücünün qarşısını kəsib. Bu barədə həmin xanım sürücünün yaxını redaksiyamızın qaynar xəttinə müraciət edib: "Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək onun üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib" - deyə oxucu bildirib.
O, hüquq mühafizə orqanlarından həmin sürücünün cəzalandırılmasını xahiş edir.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












