Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)oxu.az-a bildirilib. Qeyd olunub ki, Quba rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 2-də saat 13:45-də dörd nəfər (2 kişi, 2 azyaşlı) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Yaralılara bədənin müxtəlif nahiyələrinin səthi travmaları və əzilmiş yaraları diaqnozları təyin edilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müvafiq müayinələr aparılıb. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər dörd şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.
***
Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az baku.ws-ə istinadla xəbər verir ki, zərbənin gücündən avtomobillərə ciddi ziyan dəyib.
Həmçinin qəza nəticəsində yüngül xəsarət alanlar var.
Avtosfer.az bildirir ki, ağ rəngli avtomobilin sürücüsü yolayrıcında baş yolla hərəkətdə olub. Sağdan gələn avtomobilin sürücüsünün qayda pozaraq yol vermədən yolayrıcına daxil olduğu və qəzaya səbəb olduğu bildirilir. Videodan da göründüyü kimi, həmin avtomobildə xeyli insan var. Ailə-uşaqla səfərə çıxan sürücülərin bu cür məsuliyyətsiz davranışı sosial şəbəkələrdə tənqidə səbəb olub.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












