Qusarda “BMW” yola çıxan azyaşlını vurub bir neçə metr kənara atdı - RƏSMİ - ANBAAN VİDEO

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası anbaan müşahidə kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 12:51 radələrində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobil azyaşlını vurub. Belə ki, velosiped sürən uşaq yolun hərəkət hissəsinə çıxır. Bu zaman əks istiqamətli yolla hərəkət edən maşınla toqquşur. Zərbənin təsirindən azyaşlı bir neçə metr önə düşür. İdarəetməni itirən sürücü isə avtomobili işıq dirəyinə çırpır. Nəticədə avtomobil üzü üstə aşır. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2012-ci il təvəllüdlü rayon sakini Ruslan Xamədov hadisə yerində keçinib. Başından zədələnən sürücü - rayon sakini Ruslan İsrafilov isə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












