Radara düşən sürücünün cəriməsi ləğv edildi - ŞOK QƏRAR - VİDEO

Bakı-Şamaxı-Yevlax yolunda radara düşən sürücünün cəriməsi ləğv edilib. Radara düşən sürücü bu barədə Avtosfer.az-a məlumat verib. O bildirir ki, idarə etdiyi "Chevrolet Cruze” markalı avtomobillə sözügedən yolda hərəkət edən zaman qarşıdan gələn yol polisi avtomobilinin üzərindəki radara düşüb. Cərimənin düzgün yazılmadığını iddia edən sürücü yaşadığı Göyçay rayon Məhkəməsinə müraciət edib. O, yol patrul xidməti əməkdaşının bilərəkdən yolda aşağı sürətlə hərəkət edən iriqabaritli nəqliyyat vasitəsinin arxasında gizlənərək cərimə yazmasını əsas gətirib və bu səbəbdən də cərimənin qanunsuz olmasını bildirib.
Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçirilən məhkəmə zamanı sürücünün şikayəti təmin edilib. Hakim qərarda qeyd edib ki, sürücü Əsədullayev Ülvi Famil oğlu martın 22-də idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsilə Bakı-Şamaxı-Yevlax yolunun 198-ci kmdə (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Bu səbəbdən də sürücü barəsində tərtib edilmiş elektron qərar xitam olunub.
Könül
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










