Sabirabadda əllə qoparılan “keyfiyyətli” asfalt örtüyü - VİDEO

“Sosial şəbəkələrdə paylaşılan videolarda iddia edilənlər tamamilə əsassızdır. Asfalt örtüyünün çəkilməsi prosesində mərhələli ardıcıllığa riayət edilməlidir”.
Bunu Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Sabirabadda asfalt döşənməsi ilə bağlı yayılan görüntüləri şərh edərkən bildirib.
O qeyd edib ki, səsləndirilən fikirlər vətəndaşın prosesin gedişatını tam bilməməsindən qaynaqlanır:
“İşlər tam olaraq texnoloji ardıcıllıqla icra edilir. Asfalt örtüyü döşənməzdən öncə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənir. Daha sonra asfaltlama işlərinə başlanır. Öncə hamarlayıcı lay, asfalt-beton örtüyü döşənir. Daha sonra isə əsas layın - asfalt örtüyünün döşənməsi prosesi icra olunur”.
***
Sabirabadda çəkilən asfalt örtüyü müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə yola keyfiyyətsiz döşənən asfaltın əllə qoparıldığı və ovulduğu aydın görünür.
Vətəndaş iddia edir ki, görüntülər Sabirabadda qeydə alınıb. Hətta videogörüntünü çəkən şəxs məsələdə Sabirabad Rayon İcra Hakimiyyətini də günahlandırır.(oxu.az)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










