Sabunçu DYP "Ford Mustang" ilə "avtoşluq" edən sürücünü tutdu: 15 gün həbs - VİDEO

Sabunçu rayonu ərazisində avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-i səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-MU-385 dövlət nömrə nişanlı, “Ford Mustang” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, “drift” edərək əks istiqamətli yola çıxıb. Qayda pozan sürücü bununla kifayətlənməyərək yenidən “şou”suna davam edib. O, qarşı zolağa keçərək yenidən manevr edib. Yaxınlıqda park edilmiş avtomobilə təhlükə yaratsa da, xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücü idarə etdiyi maşının dövlət nömrə nişanının üzərini də bağlayıb.
Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının apardıqları araşdırma zamanı sürücünün kimliyi müəyyənləşib. Ağdam rayonu Sarıcalı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Aydın Əliağa oğlu saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü barəsində toplanmış materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Cəfərov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












