Salyan postuna çatmamış sürücülər “qayda pozur” - SƏBƏB nədir? - VİDEO

Bu yol həmişə sürücüləri tələyə salır: ya cərimə yeyirlər, ya da maşınlarından olurlar.
Avtosfer.az xəbər verir ki, şikayətçi kamerası ilə çəkilən görüntülər Ələt-Astara magistral yolunda qeydə alınıb. Videodan da göründüyü kimi Salyan postuna 200 metrlik məsafədən başlayaraq yola sonradan əlavə olunmuş “yamaqlı asfalt” nahamarlıq yaradaraq bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə ciddi zərər vurur. Çıxış yolu kimi həmən əraziyə çatan sürücülər yol hərəkəti qaydalarına zidd olaraq magistral yolun sağ tərəfi boş olsa belə sol zolağa keçmək məcburiyyətində qalırlar.
Belə olduğu zaman, haqlı olaraq yol polisinin cəriməsinə məruz qalan sürücülərin şikayətləri havada qalmağa davam edir. Belə görünür ki, mövcud vəziyyətin yaranma səbəbkarı - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) isə çıxış yolu tapmır. AAYDA-dan fərqli olaraq, biz üzərimizə düşən öhdəliyi yerinə yetirərək vətəndaş sürücülərin timsalında şikayətiçinin videosunu işıqlandırdıq və ictimailəşmiş görüntünün tez zamanda quruma təsir edəcəyinə ümid edirik.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










