Satılan avtomobilin sığortasına xitam verilməlidir - VİDEO

Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək təklif edilir.
Ekspert Vüsal Bədəlov bildirib ki, alqı-satqı zamanı sığorta müqaviləsinə xitam verilmirsə və alan adam sonradan həmin avtomobillə qəza törədirsə, bu zaman əvvəlki sahibinin sığorta tarixçəsi korlanır. Başqa sözlə, avtomobilin əvvəlki sahibi növbəti dəfə icbari sığorta bağlayan zaman artıq pul ödəməli olur.
Ekspert deyib ki, təkcə satan zaman deyil, nəqliyyat vasitəsi uzun müddət sürülmürsə və ya hər-hansı bir hadisə zamanı tam yararsız hala düşürsə, bu zaman da sığorta müqaviləsi ləğv edilə bilər. Üstəlik, sığorta şirkəti sığortalı günlərin pulunu ümumi məbləğdən çıxaraq, qalığı sahibinə qaytarmalıdır.
Vüsal Bədəlov onu da bildirib ki, kasko sığortası müqaviləsinə də vaxtından əvvəl xitam verdirmək mümkündür. Qalıq məbləği geri ala və ya şəxsin digər avtomobilinin kasko müqaviləsi üçün istifadə edilə bilər.
Ekspert əlavə edib ki, kasko sığorta müqaviləsinin şərtləri sığortalı ilə sığorta şirkətinin arasındakı razılaşma əsasında müəyyən edilir. Qalıq ödəmələr də bu müqaviləyə uyğun aparılmalıdır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










