Saxta ehtiyat hissəsi maşının performansını aşağı salaraq sürücüyə ziyan vurur – RƏSMİ İZAH - VİDEO

Paytaxt yollarında baş verən qəzaların bir çoxunun səbəbi ehtiyat hissələrinin qeyri-orijinallığı hələ də sürücülərin seçim olaraq üz tutmasıdır.
Avtosfer.az xəbər verir ki, istər şəhərdə sürücülər arasında təşkil edilən sorğular, istərsə də mütəxəssislərin araşdırmaları saxta ehtiyat hissələrinin alış-veriş zamanı üstünlük təşkil etdiyini göstərir. Sürücülər ya imkansızlıqdan, ya da məlumatsızlıqdan orijinal olmayan ehtiyat hissəsi almalı olur. Bəzi hallarda isə bu vəziyyət ağır faciələrlə nəticələnir.
Mövzunu daha dərindən öyrənmək və sürücüləri daha geniş məlumatlandıra bilmək üçün “Toyota” rəsmi dilerlərindən birində olduq. Şirkətin nümayəndəsi Nihat Pirəliyev rəsmi servisə müraciət edən sürücüləri narahat edən sualları cavablandırıb. O bildirib ki, sürücülərin bəzən ucuz olduğu üçün aldığı ehtiyat hissələri sonradan onlara baha başa gəlir:

“Saxta ehtiyat hissələri avtomobilin aqreqatlarının və özünün sıradan çıxmasına səbəb olur. Belə detallar avtomobilin təhlükəsizlik risklərini yüksəldir, davamlılıq xərclərini artırmış olur. Nəticə etibarilə, avtomobilin performansı aşağı düşür. Aid etmə ehtimalımız onların qablaşdırılmasından asılıdır. Orijinallığı müəyyənləşdirmək üçün ilk növbədə qutunun üzərindəki holoqrama diqqət etməliyik. Bununla yanaşı ehtiyat hissələrinin üzərində məhsul kodları da var. Eləcə də detalların qiymətinin ucuzluğu da alıcıda şübhə yaratmalıdır. Ehtiyat hissələrinin materialının keyfoyyətinə də diqqət etməklə onların orijinal və ya qeyri-orijinal olduğunu bilmək mümkündür. Sürücülərdə sual yaranır ki, biz bütün bunları yoxlayarkən hardan dəqiqləşdirə bilərik? Bunun üçün avtomobilin rəsmi satış mərkəzinə və nümayəndəsinə müraciət etmək lazımdır. Bu halda orijinal ehtiyat hissəsini əldə etmək mümkündür”.
Nihat Pirəliyev onu da qeyd edib ki, ehtiyat hissələrindən hansısa birinin qeyri-orijinal olması onun dolayı yolla digər detallara da zərər vurmasına gətirib-çıxarır. Saxta ehtiyat hissələri sürücünü sadəcə maddi tərəfdən yox, həm də sağlamlıq cəhətdən də ziyana uğrada bilir. Buna görə də ehtiyat hissəsi alarkən onun orijinallığına əmin olmaq sürücülər üçün ən sağlam və doğru seçimdir.
Səfər
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO
Svetofor işləyir amma qırmızı işığı yanmır - Hər an qəza ola bilər - VİDEO
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO












