Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır; işığa qənaət və fanarla gəzən sakinlər – VİDEO

Səbail Rayon İcra Hakimiyyəti sakinlərin müraciətlərinə diqqət yetirmir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonundakı bəzi küçələr işıq üzünə həsrət qalıb. Gülbala Əliyev küçəsində yaşayan vətəndaşlar bildirir ki, yolların işıqlandırılmaması ərazinin ən böyük təhlükə mənbəyinə çevrilib. Hətta küçə boyu bir neçə dəfə qəzalar da baş verib.
Sakinlər deyir ki, Gülbala Əliyev küçəsində elə yerlər var ki, həmin hissədə 3-4 ilə yaxındır elektrik dirəkləri quraşdılıb. Lakin indiyə qədər bu dirəklərə elektrikin verildiyini “gördüm deyən olmayıb”. Bəzi hissələrin isə işıqlandırılması növbəli rejimə salınıb. Həftənin müəyyən günlərində həmin hissələr işıqlandırılır, müəyyən günlərində isə həmin ərazinin işıqlandırılması dayandırılır, digər hissə işıqlandırılır.
Sürücülər də ərazisinin işıqlandırılmasından narazıdır. Küçə boyu yol kənarlarında səkilərin olmaması sakinlərin axşam saatlarında yollarda hərəkətinə səbəb olur.
Təqdim etdiyimiz görüntülərdən də göründüyü kimi, bir çox hallarda skainlər özləri əl fənərlərindən istifadə etməyə məcbur olurlar.

Sakinlər artıq Səbail Rayon İcra Hakimiyyətinin bu küçənin hesabına elektrik enerjisinə görə ödənişlərdə qənaət etdiyini də düşünürlər. Məsələ ilə bağlı aidiyyatı qurumlara, xüsusən də icra hakimiyyətinə dəfələrlə şikayətlər edilməsinə baxmayaraq problem öz həllini tapmır. Sakinlər bildirir ki, məslənin həll edilməsi üçün ümumiyyətlə, cəhd belə göstərilmir.
Həmin görüntüləri sizə təqdim edirik:
Səfər Əlizadə
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












