Sərnişinlər artıq sürücünün qayda pozuntuları barədə şikayət edə biləcək – “Bolt”da YENİLİK - VİDEO

Artıq uzun müddətdir ki, bəzi taksi sürücülərinin fəaliyyəti sərnişinlərin ciddi narahatlığına gətirib çıxarır. Sükan arxasında hansısa taksi sürücüsünün telefondan istifadə etməsi, yaxud müçtri sifarişlərini tez-tez yerinə yetirmək üçün sürət həddini aşması halları vətəndaşların qorxu mənbəyinə çevrilib. Bütün bu halların qarşısının alınması üçün sərnişinlərə əlçatan bir şikayət mənbəyi lazımdır. Bu olmadıqda isə taksi operatorlarından məmnunluq azalır və nəticədə şirkətlər müştəri itirir.
Avtosfer.az xəbər verir ki, “Bolt” şirkəti bu problemin həlli üçün mobil tətbiqdə yeniliklər tətbiq edib. Bu yeniliklər sayəsində müştərilər artıq “Bolt”la əməkdaşlıq edən sürücülərin təhlükəlui avtomobil idarə etmələri və ümumilikdə, pozuntuları barədə birbaşa şirkətə məlumat verə biləcəklər.
“Bolt”un tətbiq etdiyi yeniliklər barədə Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımda məlumat verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, şirkət artıq yeni funksiyanı müştərilərin istifadəsinə təqdim edib:

“Bolt” müştərilərə səfər zamanı təhlükəli sürücülük halları barədə şikayət etmək imkanı verən yeni funksiyanı – tətbiqdaxili “Təhlükəsizlik Alətləri” panelində “Təhlükəli sürücülüyü bildirmək” seçimini təqdim edir. Bu, sürət həddinin aşılması, təhlükəli idarəetmə və ya sükan arxasında mobil telefondan istifadə kimi hallara aiddir. Bu yeniliklə “Bolt” müştərilərin rəyini toplamaqla ümumi təhlükəsizliyi artırmağı və sürücülərə səfərdən sonra şikayət edilən halları çatdıraraq düzgün davranışa təşviq etməyi hədəfləyir”.
Ekspert onu da qeyd edib ki, əvvəllər vətəndaşlar istifadə etdikləri taksi operatorlarının əlaqə vasitələrini belə tapa bilmirdi:
“Biz bu məsələlərlə bağlı şikayətlər üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “141 qaynar xətti”nə müraciət etmələrini tövsiyyə edirdik. Lakin “Bolt” artıq belə bir yenilik edib. Öz tətbiqində vətəndaşa artıq sürücü barədə şikayət imkanı əldə etməkdə dəstək olur. Sürücü sükan arxasında yol hərəkəti qaydalarını pozursa, yəni təhlükəli manevrlər edir, telefonla danışır, siqaret çəkir, şit musiqilərə qulaq asır, size narahat edən hansısa hərəkətlər edirsə, mobil tətbiq vasitəsilə “Təhlükəsizlik Alətləri” panelini açmalı, menyudan “Təhlükəli sürücülüyü bildirmək” seçimini edərək sürücü barədə qeydlərinizi bildirə bilərsiz. Mən çox istərdim ki, bu, sürücünü şərləmək formatında olmasın. Yəni, hansısa sürücüdən xoşun gəlmədi, şikayət edib problem yaradasan. Mən hesab edirəm ki, insanlarımız o dərəcədə acizləşməyib və yalnız real olaraq baş verən qayda pozuntuları ilə bağlı məlumat verəcəklər.
Təhlükəli sürücülüyü bildirmək üçün müştərilər tətbiqdə təhlükəsizlik nişanı vasitəsilə “Təhlükəsizlik Alətləri” panelini açmalı, menyudan “Təhlükəli sürücülüyü bildirmək” seçimini seçməli və üç variantdan birini işarələməlidirlər: sürət həddini aşmaq, sükan arxasında mobil telefondan istifadə etmək və ya təhlükəli idarəetmə. Daha sonra “Göndər” düyməsini basaraq məlumatı “Bolt” Təhlükəsizlik Komandasına göndərə bilərlər.
Azərbaycan ofisinin Bolt Təhlükəsizlik üzrə Meneceri bildirib: “Biz başa düşürük ki, hər bir sərnişin təhlükəsizliyini təhdid edən hallarda bunu dərhal sürücüyə deməkdə rahat olmaya bilər. Yeni tətbiqdaxili təhlükəli sürücülüyü bildirmə funksiyası onlara səfər zamanı narahatlıqlarını tez və diqqət çəkmədən bölüşməyə imkan verir. Bu isə bizə sürücülərə rəy təqdim etməyə və ümumi təhlükəsizlik səviyyəsini daha da artırmağa kömək edir.”
Bu funksiya artıq mövcud olan digər təhlükəsizlik vasitələrinə qoşulur. Son yeniliklər arasında dörd rəqəmli unikal “Pick-up Code” sistemi – sürücülərlə sərnişinlərin səfərə başlamazdan öncə düzgün qoşulmasını təmin etmək, həmçinin “Etibarlı Əlaqələr” funksiyası – fövqəladə vəziyyət zamanı istifadəçinin yaxınlarına xəbər çatdırmaq imkanı var.
“Bolt” hazırda 50-dən çox ölkə və 600 şəhərdə fəaliyyət göstərir. Şirkət taksi xidmətləri, skuter və elektrik velosiped icarəsi, həmçinin avtomobil icarəsi daxil olmaqla ümumilikdə 200 milyondan çox istifadəçiyə paylaşılan mobillik xidmətləri təqdim edir. Dünyada 4.5 milyondan çox sürücü “Bolt” platformasından istifadə edir. Şirkətin əsas məqsədi şəxsi avtomobillərdən paylaşılan mobilliyə keçidi sürətləndirmək və hər ehtiyac üçün daha yaxşı alternativlər təqdim etməkdir”.
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












