Sola dönməyə icazə verilən yolda sürücülər cərimələnir - ŞİKAYƏT - FOTO - VİDEO

Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, cərimə qərarı paytaxtın Mətbuat prospektində kamera vasitəsilə tərtib edilib. Belə ki, sürücü düzünə və sağa məcburi hərəkət istiqaməti nişanının qüvvədən düşdüyü yerdən sola-Akim Abbasov küçəsinə dönüb. Lakin onun bu hərəkəti kamera vasitəsilə qayda pozuntusu kimi qiymətləndirilib.
Qeyd edək ki, yolayrıcı qarşısında hərəkətin düzünə və sağa məcburiliyini bildirən yol nişanı sağdakı kəsişmə yerində öz qüvvəsini itirir. "Yol hərəkəti haqqında" qanunun 65-ci maddəsinin IV hissəsində qeyd olunub ki, 4.1.1—4.1.6 məcburi hərəkət istiqamətləri nişanlarının qüvvəsi yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.
Qanunun bu müddəasına əsasən həmin yolayrıcından sola dönmək qaydalar çərçivəsindədir. Ümid edirik ki, sürücünün haqlı narazılığı nəzərə alınmaqla barəsində tərtib edilmiş qərar ləğv ediləcək.
Könül
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO













