“Son zəng” gününü “son mənzilə çevirməyin” - Ekspertdən XƏBƏRDARLIQ - VİDEO

“Son zəng” günüylə əlaqədar olaraq hər il Dövlət Yol Polisi İdarəsi tərəfindən profilaktiki tədbirlər həyata keçirilir, xəbərdarlıq edilir. Lakin neqativ hallara da rast gəlinir. Belə ki, son zəng günü məktəblilər valideynlərinin, qohum və tanışlarının avtomobillərini, xüsusilə son illər dəb halını almış maşın kirayəyə götürərək avtoxuliqanlıq edib “şou” göstərirlər. Bu isə təhlükəyə, hətta ağır qəzalara gətirib çıxarır. Məzun olan şagirdlər arasında qəzaya düşərək həyatını itirənlər az deyil. Təəssüf ki, əlamətdar, özəl bir gündə yeni həyata qədəm qoyan gənclər belə qəzaların baş vermə ehtimalını bilərək özlərini riskə atır və pis örnək olurlar. Məhz bu baxımdan valideynlər öz məsuliyyətlərini dərk etməli və avtomobili övladlarına verməməlidirlər.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı məsələylə bağlı məzun və valideynlərə çağırış edib: “Bəzi valideynlər uşaqlarının hər istəyini həyata keçirərək onların sevgisini qazanacaqlarını düşünürlər. Yaxud övladının özəl günündə maşının açarını ona verərək arzusunu gerçəkləşdirdiklərini zənn edirlər. Bunun əvəzinə onlar övladları ilə maarifləndirici söhbətlər aparmalı, onların gənclik həvəsinin təhlükəylə sonlana biləcəyini izah etməlidirlər.”
Ekspert, işin qanuni tərəfini də diqqətə çatdırıb: “Valideynlərin sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini bilərəkdən vermələri inzibati məsuliyyət yaradır. Qanunvericiliyə görə, belə halda həm avtomobili idarə edən şəxs, həm də maşının sahibi cərimələnir. Təbii ki, nəqliyyat vasitəsini idarə edən şəxs sürücülük hüququ olmadığı üçün, avtomobili ona verən vətəndaş isə bu halı bildiyinə görə məsuliyyətə cəlb olunur. Bu işin yaxşı tərəfidir, yəni tətbiq olunan maddi cəzanı ödəməklə iş sonlanır. Lakin xəsarətlə, yaxud ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində həm məktəblini, həm də valideynini cinayət məsuliyyəti gözləyir. Onların azadlığının məhdudlaşdırılması kimi ağır cəzalarla nəticələnə bilir. Ona görə də belə xoş gündə hər kəs diqqətli olmalıdır və məsuliyyətini dərk etməlidir. Nəzərə almaq lazımdır ki, məktəb və onun ətrafı həm müşahidə kameraları, həm də mülki geyimli polis əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. İstənilən halda belə halların qarşısı alınsa da, bəzən istisnalar olur. Diqqətdən yayınmağı bacaran, qəflətən ortaya çıxan şəxslər, məktəb və kənar ərazilərdə təhlükə yaradırlar. Ona görə də valideynlər və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. "Son zəng" tədbirini “son mənzilə” çevirməsinlər”.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












