Sürücü parkinqdə maşınına minə bilmədi - SƏBƏB - VİDEO

Sürücülərdən biri sosial şəbəkədə video paylaşaraq bəlkə də bütün sürücülərin rastlaşdığı və əziyyət çəkdiyi bir problemə toxunub. Avtosfer.az xəbər verir ki, o, avtomobilinə minmək istəyən zaman digər sürücünün maşını çox yaxın saxladığını görüb. Bu isə qapıların açılmasına imkan vermir.
Ümumiyyətlə sürücü mədəniyyəti anlayışında özündən başqa digərlərini də düşünmək önəmlidir. Lakin bir çox hallarda sürücülər bunu etmir. Nəticədə əsəb, stress ilə qarşı-qarşıya qala bilirik.
Bəs belə hallarda necə davranmalı? Bəzi əsəbi sürücülər qapını zorla açır, özünün və digərinin avtomobilinə ziyan vururlar. Lakin unutmaq olmaz ki, bu yolverilməzdir. Çünki qanunvericiliyə uyğun olaraq özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yəni, bu cür halalrda səbirli olmaq daha məqsədəuyğundur. Amma siz həmin şəxs barəsində polisə müraciət edə bilərsiniz. Çünki ictimai qaydaları pozmaqla sizə ziyan vurur, yəni vaxtınızı alır.
Ümumiyyətlə belə hallarla qarşılaşmamaq üçün sürücülər maksimum diqqətli olmalıdır. Bir şeyi unutmayaq ki, digərlərini düşünməklə biz cəmiyyəti və dolayısı ilə elə özümüzü düşünürük. Axı biz də bu cəmiyyətin üzvyük.
Qeyd edək ki, redaksiyamızla əlaqə saxlayan qayda pozan vətəndaş üzrxahlıq etdiyini bildirib və bundan sonra belə hallarla yol verməyəcəyini xatıladıb.
Orxan Əli
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












