Narkoman sürücüdən AĞLASIĞMAZ HƏRƏKƏT: lüt soyunub şəhərin mərkəzində OYUN ÇIXARDI - VİDEO

Bakıda sürücünün törətdiyi kobud qayda pozuntusunun görüntüsü sosial şəbəkədə yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, 99-ED-717 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü əks yola çıxaraq maşını geriyə hərəkət etdirməyə başlayıb.
O, yolun sonuna qədər avtomobili bu formada idarə edərək hərəkət iştirakçılarına təhlükə yaradıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisədən əvvəl sürücü "Marriott" otelin qarşısında avtomobili saxlayaraq lüt soyunub və paltarlarını orada qoyaraq sükan arxasına keçib. Sonra idarə etdiyi avtomobillə Yusif Səfərov və bir neçə küçədə geriyə hərəkət etməklə kobud qayda pozuntusuna yol verib. Yol Polisi əməkdaşları tərəfindən saxlanılan sürücünün narkotik vasitənin təsiri altında olması şübhəsi yaranıb. Tibbi müayinəyə aparıldıqdan sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Hazırda sürücü polis bölməsindədir. Toplanılmış materiallar məhkəməyə göndəriləcək.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












