Sürücüdən təqdirəlayiq addım: Maşını saxlayıb görün nə etdi - VİDEO

Aprelin 20-si saat 16:49 radələrində Hacıqabul rayonu ərazisində yük daşıyan sürücülərdən birinin məsuliyyətsizliyi yolda təhlükəyə səbəb olub. Belə ki, sürücünün daşıdığı kərpiclərdən biri yola düşüb. Xoşbəxtlikdən ərazidən keçən sürücü kərpici görüb və maşınını geriyə verərək onu yoldan götürüb.
Qeyd edək ki, sürücülər yükdaşıyan zaman bir sıra qaydalara əməl etməlidirlər.
Daşınan yükün kütlәsi istehsalçı müәssisәnin hәmin nәqliyyat vasitәsinin növü üçün müәyyәn etdiyi kәmiyyәtlәrdәn artıq olmamalıdır. Ümumilikdə yük, qabaq vә ya arxa tәrәfdәn nәqliyyat vasitәsinin qabaritindәn - qabarit işığının xarici kәnarından 1 metrdәn çox vә ya yan tәrәfdәn 0,4 metrdәn çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilә işarәlәnmәlidir.
Təbii ki, sürücü hərəkətə başlamazdan öncə və hərəkətdə olarkən daşıdığı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. Bununla yanaşı daşığı yükün digər hərəkət iştirakçılarına əngəl törətməməsinə, hər hansı bir əmlaka ziyan vurmamasına diqqət etməlidir. Həmçinin yükün yerlə sürünməməsi və ya yola düşməməsi üçün onu təhlükə yaratmayacaq qaydada yerləşdirməli və üzərinə örtük çəkməlidir. Yükün vәziyyәti vә yerlәşdirilmәsi göstәrilәn tәlәblәrә cavab vermәdikdә, sürücü daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tәdbirlәr görmәli vә ya hәrәkәti dayandırmalıdır.
Təəssüflə qeyd edək ki, yük daşıyan sürücülər bəzən nəzərdə tutulandan çox olduğu üçün yük yerinin qapısını açıq halda saxlayırlar. Bir qisim sürücülər isə yükün yola dağılmasının qarşısını almaq üçün örtükdən istifadə etmirlər. Nəticədə hərəkətə başlayan zaman daşıdıqları yük yola dağılır. Bu isə təhlükə yaratmaqla yanaşı ağır qəzalara gətirib çıxara bilər. Təbii ki, bu qanunla qadağandır və sürücü inzibati məsuliyyət daşıyır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












