Sürücüsüz maşınlar Azərbaycana gətirilsə nə baş verər? – Ekspert AÇIQLADI - VİDEO

Bu gün əksər inkişaf etmiş ölkələrdə texnologiyanın inkişafı nəqliyyat sahəsinə yeniliklərin tətbiqi ilə nəticələnir. Belə ki, artıq bir neçə ildir ki, ABŞ, Yaponiya, Almaniya, Fransa, Kanada kimi ölkələrdə avtonom, yəni nəqliyyat vasitələri istismara verilib. Bu özünü daha çox taksi xidmətində göstərməyə başlayıb. Artıq “Uber”, “Bolt” kimi şirkətlər avtonom taksi xidmətini öz müştərilərinə təklif edir.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda bu istiqamətdə qanunda müəyyən boşluqlar hələ də qalmaqdadır. Belə ki, ölkədə hansısa sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin sükanı arxasında olmaması cərim səbəbidir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı deyib ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə görə, sürücü sükan arxasında olmalıdır:
.jpg)
“Avtomobili idarə edən şəxs təhlükəsizlik kəmərini bağlamalı və əlini sükandan çəkməməlidir. Sürücünün sükandan əlini çəkməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Sürücüsüz nəqliyyat avsitələri ölkəmizə gəlsə, Azərbaycan Qanunvericiliyi bu məsələni tənzimləməkdə problem yaşayacaq. Yaxud da avtopilot rejimində nəqliyyat vasitəsi idarə etmək. Hansısa sürücü yolda yorulub, keçib sərnişin yerində əyləşib, maşını da avtopilot rejiminə keçirib. Azərbaycanda artıq buna görə bir sürücü cərimələnib ki, sən sükan arxasında olmalı idin, amma sükan arxasında deyilsən. Niyə bu problemlər yaranır? Birincisi, qanunvericiliyimiz hələ buna hazır deyil, təkmilləşdirilməyib, müasir texnologiyalar məsələsinə uyğunlaşdırılmayıb. Dünyada isə sürücüsüz avtomobillərə maraq var. Biz də dünyanın bir parçası kimi, qanunvericiliyimizi texnolgiyalarla ayaqlaşdırmalıyıq. Bilirsiz ki, Azərbaycanda yol nişanları və nişanlama xətləri ən böyük problemlərdən biridir. Avtonom rejimli nəqliyyat vasitələri bu yol nişanlarını görərək, onları tanıyaraq hərəkət edir”.
Ekspert onu da qeyd edib ki, bəzi sürücülər bu gün belə hansısa yolda ağacın arxasında gizlənən işıqforu bilir, ona uyğun sürür. Avtonom nəqliyya vasitələri isə o işıqforu mütləq görməlidir, onun göstəricisinə əvvəlcədən hazır olmalıdır:
“Yaxud da nişanlama xətləri. Ölkəmizdə yağış, qar yağanda həmin xətlər yoxa çıxır. O avtonom avtomobillər həmin nişanları necə görə bilər? Bu cür problemlər ortaya çıxacaq. Yaxud yol nişanları. Çoxu standarlara uyğun deyil, ağacın, hansısa maneənin arxasında gizlənib. O avtomobilin beyni nişanı təmiz və səliqəli vəziyyətdə tanıyır. Bizdə isə, xüsusilə təmir gedən ərazilərdə görürsüz, çox pis halda, əzilmiş vəziyyətdə quraşdırılır. Avtonom avtomobillərin idarə edilməsi ölkəmizdə hüquqi cəhətdən mümkün deyil”.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












