Taksi fəaliyyətində yeni alt sistem: Qiymətlər artacaq? – AÇIQLAMA

“Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb. Bu sistemə daxil olacaq hər hansısa nəqliyyat vasitəsi və sürücü haqqında məlumatlar bir baza şəklində təşkil olunacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Yenicag.az-la söhbətində nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Müsahibimiz “E-taksi” alt sisteminin yaranması nəticəsində ölkədə fəaliyyət göstərən taksilərin yeni formasından və yeni sistemlə əlaqədar olaraq qiymətlərdəki gözlənilən artım ehtimallarından söz açıb.
Mütəxəssisə görə, bu bazanın əsas predmeti və məğzi ondan ibarətdir ki, ümumi olaraq taksi fəaliyyəti ilə məşğul olacaq şəxslərin məlumatlarının bir yerə toplansın.
O qeyd edib ki, burada müəyyən tədbirlər də görüləcək. “Bunların mahiyyəti isə ümumi olaraq həm qiyməti nəzarətdə saxlamaqda, həm də keyfiyyəti yüksəltmək məqsədini özündə ehtiva edir.“E-taksi” alt sistemindəki digər məsələ isə qiymətlərin tənzimlənməsidir. Sual edirlər ki, qiymətlər necə tənzimlənəcək? Bu faktor əsasdır ki, bunun ətrafında çoxsaylı suallar yaranır. Hazırkı durumda isə artıq xarici aqreqatorların köməyi ilə müəyyən qiymət tənzimləmələrinə gedilir. Yəni hazır bir sistem var və buna istinad edilir”, – mütəxəssis bildirib.
“İnanmıram ki, burada hər hansı bir qiymət artımı olsun. Onsuz da taksidən istifadə edənlər yenə də olacaq və biz bunu birmənalı şəkildə qəbul etməliyik. Nəzərə alsaq ki, adi hadisələrdə qiymət artımına getməkdə maraqlı olan şəxslər var, onda qiymətin müəyyən dərəcədə artmasını istəyəcəklər.
Prinsip etibarilə isə xarici aqreqatorlar qiymət tənzimləmələrində öz əsas funksiyalarını işə salıblar. Qiymətlər kifayət qədər tənzimlənib və artıq şirkətlər bu iş prinsipini əsas götürürlər. Bunu onunla da əsaslandıra bilərik ki, hazırda qiymətlərin artacağını demək tezdir. Çünki bu, xarici proseslərin gedişatından asılı olacaq”, – deyə o, əlavə edib.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












