Taksi sürücülərinin diqqətinə; yalan xəbərlərə inanmayın - İyuldan sonra bu maşınlar... - VİDEO

Məlum olduğu kimi taksi fəaliyyəti ilə bağlı yeni tələblər təsdiq olunub. Lakin bu tələblərlə bağlı bəzi taksi sürücüləri həqiqəti əks etdirməyən şayiələr yayırlar. Həmçinin bəzi məsələlərin özü çaşqınlıq yaradır.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bu məsələlərə aydınlıq gətirib.
O, bildirib ki, Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər, eləcə də Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlar artıq qüvvəyə minib: “Bu qərarların bir hissəsi isə iyulun 1-dən qüvvəyə minəcək. Burada söhbət taksilərin istehsal ili və rəng məsələsindən gedir. Bəzi sürücülər bununla bağlı çaşqınlıq içindədir və şayiə yayaraq bir-birlərinə sanki təsəlli verirmiş kimi yalan məlumatlar çatdırır. Bildirirlər ki, iyul ayından sonra da ili 15 ilə qədər olan nəqliyyat vasitələri taksi buraxılış kartı ilə təmin ediləcək. Bu yalan məlumatdır və belə şayiələrə inanmayın. “Avtomobil nəqliyyatı haqqında” Qanunda və yaxud da Baş nazir tərəfindən imzalanmış qərarlarda bu məsələ öz əksini tapmır. Burada yalnız rəng məsələsi ilə bağlı istisnalar olacaq. Yəni, istehsal ili 8 ilə qədər olan və konkret rəng tələbi iyul ayından sonra qüvvəyə minir. Amma ölkədə istehsal ili 15 ilə qədər olan nəqliyyat vasitələri hal-hazırda qeydiyyata alınır. Proses iyulun 1-nə qədər davam edəcək. İyulun 1-dən sonra isə yalnız istehsal ili 8 ildən çox olmayan, ölkədə istehsal olunan və ya ölkəyə yeni gətirilən, rəngi qırmızı ya da ağ olan nəqliyyat vasitələri qeydiyyata alınacaq. Məsələn, 15 ili tamam olmasına 1 il qalmış avtomobillə müraciət edən sürücüyə 7 illik taksi buraxılış kartı verilir. Bu müddət məsələsi isə sürücüləri çaşdırır. Çaşqınlıq yaşanmasın deyə, vaxtında gedib müraciət edib, taksi buraxılış kartını almaq lazımdır. Bununla bağlı artıq taksi operatorları, yəni taksi şirkətləri də öz addımlarını atmağa başlayıblar. Məndə olan məlumata görə, taksi şirkətləri artıq 1999-2000-ci il istehsalı olan avtomobillər üçün qeydiyyatı ləğv ediblər”.
Ekspert bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər işini etibarlı tutub, köhnə maşını mütləq yeni avtomobillə dəyişdirməyə çalışmalıdır: “Burada avtomobilin yenilənməsi əsas şərt deyil. Sürücünün özünün sağlamlığı, narkoloji testdən necə keçməsi və digər amillər də önəmlidir. Dövlətin qoyduğu qanunların əsas hədəfi də budur ki, taksi fəaliyyətinə xələl gətirən, yaramayan insanlar və nəqliyyat vasitələri bu sahədə qalmasın. Hesab edirəm ki, bunu hər birimiz anlayışla qarşılamalıyıq”.
Məhəbbət Tərlanoğlu
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












