Tıxacı görə-görə yolayrıcına girən sürücü təlimçini özündən çıxardı; baxın nə dedi - VİDEO

Paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Səttar Bəhlulzadə küçəsinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın qaynar xəttinə video göndərərək məlumat verib.
Hadisə dekabrın 3-də saat 19:19 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-QE-247 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü yolda yaranmış tıxaca məhəl qoymadan yolayrıcına daxil olub. Nəticədə o, sağdan gələn nəqliyyat axınının hərəkətini məhdudlaşdıraraq mövcud sıxlığın daha da artmasına səbəb olub.
Xoşagəlməz mənzərənin şahidi olan təlimçi sürücüyə yaxınlaşaraq, “Mən yolayrıcına girmirəm ki, tıxac yaratmayım. Siz isə sıxlığı görə-görə daxil olursunuz”, – deyə iradını bildirib. “Changan” sürücüsü isə cavab vermədən hərəkətini davam etdirib.
Belə halların qarşısını almaq üçün sürücülər tənzimlənən və ya tənzimlənməyən yolayrıclarına yalnız qarşı zolaqda boşluq olduqda daxil olmalıdır. Əks halda, hətta işıqforun yaşıl işığı yansa belə, yolayrıcına girmək qadağandır. Bu qayda həm tıxacın artmasının qarşısını alır, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmur.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












