Toy karvanında faciə: yük maşını gəlin avtomobilinin üzərinə aşdı - VİDEO

Türkiyənin İstanbul şəhərində beton qarışdıran yük maşınının gəlin avtomobilinin üzərinə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 30-da Kağıthane rayonunda baş verib.
Məlumata görə, hərəkətdə olan beton qarışdıran yük maşını, döngədə sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayana toy karvanındakı gəlin avtomobilinin üzərinə aşıb. Bu zaman valideyinləri ilə birgə toya getmək üçün avtomobilə minməyə hazırlaşan 8 yaşlı uşaq aşan beton qarışdıran yük maşını ilə gəlin avtomobilinin arasında sıxışaraq qalıb və hadisə yerində dünyasını dəyişib. Ətrafdakı insaların çağırışı ilə hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər gəliblər.
Qəzada xəsarət alan beton qarışdıran yük maşınının sürücüsü polisin müşayiəti ilə xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












