Vətən müharibəsi şəhidi haqqında film hazırlandı - VİDEO

O, sanki şəhidlik üçün doğulmuşdu. Uşaqlıqdan digər qardaşlarından seçilirdi. Şəhid Mübariz İbrahimov məktəbini özünə örnək seçərək hərbi sahəni seçmiş və bir gün arzusunda olduğu məqama ucalmaq üçün gününü gözləyirdi. Haqqında danışacağımız bu qəhraman minlərlə igidlərdən biri kimi bizlər üçün özünü fəda edərək əbədiyyətə ucaldı. Daim addımladığı Haqqa doğru yolunu şəhidliklə sonlandırdı.
Ailədə ən kiçik övlad idi. Lakin həm evdə, həm qohum əqraba yanında, həm elə yaşadığı kənddə digərləri onu ağsaqqal olaraq görürdü. Uşaqlıqdan Allaha bağlı olan Elvin ibadətlərini daim yerinə yetirər, hər zaman Uca Yaradanın buyurduğu kimi rəftar edərdi. Elvinin şəhidliyə qarşı frqli bir sevgisi var idi. O, özünü bu məqamda görür və sanki seçilmiş olduğunu bilirdi. Bir gün bu uca dərəcəyə çatacağına əmin idi.
O, vəsiyyətini də etmişdi. Ailə üzvlərini, doğmalarını, əzizlərini bir gün gedəcəyinə hələ sağlığında öyrəşdirirdi. Allaha olan imanı, Vətənə olan sevgisi bu qəhraman igidin həyat yolunu müəyyən etmişdi.
Elvin ailəli idi. Ondan yadigar bir Sevinci qalıb. Qız övladı daha şirin olur deyirlər. Elvin də Sevinc balasını əzizləyir, dizləri, gözləri üstündə böyüdürdü. Lakin ali məqama doğru yolunda hər şey ikinci plana keçirdi. Çünki Elvinin böyük hədəfi əvvəlcədən bəlli idi.
Şəhidlik uca məqamdır. Amma bir insanın itkisi valideyinləri, qardaş-bacını, həyat yoldaşını, övladları yandırır. Elvin bu gün həyatda olmasa da özündən sonra qoyduğu uca adın kölgəsində sevdikləri onunla qürur duyur.
Şəhidlər ölmür. Bizimlə birlikdə yaşayır və bu gün hər aldığımız nəfəsdə onların payının olduğunu unutmamalıyıq. Çünki uca zirvədən bizə baxan şəhidlərimiz onları xatırladıqca sevinir və verdikləri ali tövhə ilə bir daha qürur duyurlar.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Elvin Tərlan oğlu Məmmədov 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olub. 1998-2008-ci illərdə Xırmandalı kənd 1 nömrəli tam orta məktəbdə əsas təhsilini başa vurub, 2011-ci ilin yanvarından 2012-ci ilin iyul ayına qədər Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2014-cü ildən yenidən hərbi xidmətə qayıdaraq Daxili Qoşunların N saylı hərbi hissəsində çavuş kimi xidmətə başlayıb.
Elvin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Elvin Məmmədov 3 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunub.
Azərbaycan Prezidentinin Sərəncamları ilə Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli idi, 1 qızı yadigar qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
“Mübarizim Prodakşn” şəhid haqqında səbədli film hazırlayıb. Filmi təqdim edirik:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












