Xocasən–Lökbatan yolunda xaos: Sürücülər yol çiynini ”alternativ zolağa” çevirdi - VİDEO

Xocasən–Lökbatan yolunda bir qrup sürücünün yol hərəkəti qaydalarını pozduğu anlar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 8-də saat 12:15 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, müxtəlif markalı avtomobillərin sürücüləri tıxacdan yayınmaq məqsədilə yol çiyninə çıxaraq hərəkət ediblər. Daha sonra isə yenidən əsas zolağa daxil olmaq üçün manevr edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıblar.
Nəticədə qayda pozan sürücülərin bu hərəkətləri yolda yaranmış sıxlığın daha da artmasına səbəb olub.
Kadrlarda 99-RX-391 dövlət nömrə nişanlı “Mercedes” markalı yük avtomobilinin sürücüsünün də eyni qayda pozuntusuna yol verdiyi görünür. Üstəlik, yenidən zolağa qayıtmaq istəyən sürücü digər hərəkət iştirakçıları tərəfindən ona yol verilmədiyini görərək “O hissədən keçməyimin sənə nə aidiyyəti var? Saat 8-dən qalmışam burada, gərək çıxam” deyə törətdiyi qayda pozuntusuna haqq qazandırıb.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












