Yeraltı keçidə girmək üçün zebra da lazımdır – Amma BNA “unudub” - VİDEO

Səbail rayonu, Bayıl qəsəbəsində qəribə mənzərə ortaya çıxıb. Hər zaman piyadaları “düşünən” Bakı Nəqliyyat Agentliyi piyadaların ikizolaqlı yoldan keçib yeraltı keçidə daxil olması üçün zebra çəkməyi unudub. Avtosfer.az xəbər verir ki, videoda əksini tapan mənzərə Neftçi Qurban küçəsində meydana çıxıb. Belə ki, Səbail rayon Yanğından Mühafizə İdarəsinin yanındakı parkdan düşən sakinlər ikizolaqlı yolu keçərək yeraltı keçidə daxil olarkən təhlükə ilə üz-üzə qalırlar. Çünki Bakı Nəqliyyat Agentliyi həmin ərazidə piyada keçidi təşkil etməyib. Bu təhlükəli vəziyyət illərdir belədir. Lakin məsələ sosial şəbəkələrdə müzakirə olunan zaman BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Neftçi Qurban küçəsinə (Bayıl parkının qarşısı) vətəndaş müraciəti əsasında BNA əməkdaşları tərəfindən baxış keçirilib və mövcud vəziyyət təhlil edilib: “Qeyd olunan ünvanda piyadaların hərəkətinin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə nizamlanmayan eyni səviyyəli piyada keçidinin təşkil edilməsi, müvafiq yol nişanlarının üfüqi nişanlanma xətlərinin çəkilməsi məqsədəmüvafiq hesab edilib. Bununla bağlı hazırlanan təklif də rəy verilməsi üçün 06 iyul 2022-ci il tarixində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Müvafiq rəy alındıqdan sonra ərazidə infrastruktur işlərinə başlanılacaq”.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













