Yol polisi piyadalara real qəza videosu göstərdi: yenə də yolu qaçaraq keçirlər - VİDEO

Yasamal rayonu Şərifzadə küçəsində piyadavurma hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə dünən baş verib. Belə ki, yeraltı piyada keçidi olduğu halda yolu təyin olunmamış yerdən keçməyə çalışan iki xanımı maşın vurub.
Hadisə nəticəsində piyadalar bədən xəsarəti alıb. Avtosfer.az komandası bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli və İdarənin əməkdaşları ilə birlikdə hadisə yerində olub. Çox təəssüflə qeyd etmək lazımdır ki, yeraltı keçid olduğu halda piyadalar kütləvi şəkildə yolu təyin olunmamış yerdən keçirlər.
DYP əməkdaşları piyadalarla söhbət aparıb, eyni zamanda onlara real qəza videosu göstərilib. Saxlanılan piyadalar isə ənənəvi olaraq "tələsirdim", "bağışlayın", "bir də olmaz" kimi sözlər deyiblər. Çəkiliş apardığımız zaman yolu keçən piyadalardan ikisini az qala motosiklet vuracaqdı. Həmçinin azyaşlılar ilə maşınların arasında keçən piyadalara da rast gəlindi. Hətta "keçiddən keçin" xəbərdarlığına baxmayaraq qayda pozanlar da oldu. Ətraflı videomaterialda:
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarını qorunması" istiqaməti üzrə hazırlanıb.

Orxan Əli
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












