Yol vermək üstündə dava: biri digərini bıçaqladı - VİDEO

Rusiyanın Çelyabinsk şəhərində iki sürücü arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Dovator və Vorovski küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, sürücülər yol kəsişməsində yol vermək üstündə mübahisə ediblər və bu, bir müddət sonra davaya çevrilib.
Hadisə şahidinin sözlərinə görə, yaşlı bir sürücü idarə etdiyi avtomobili, gənc sürücünün idarə etdiyi maşının önünə hərəkət etdirərək qəfil əyləcə sıxıb. Bu zaman maşındakı 2 aylıq körpəsinin xəsarət alacağından bərk narahat olan gənc, yaşlıya etirazını bildirib.
Sürücülər arasında başlayan dava-dalaş zamanı yaşlı kişi üzərində gəzdirdiyi bıçaqla ona iki zərbə endirərək xəsarətlər yetirib.
Ətrafdakıların xəbər verməsi ilə, hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Digər sürücü isə polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












