Ziya Məmmədovun Ziya Bünyadov prospektində tikdiyi biabırçı tunel - 4 zolaq 2 olur, həmişə tıxac var - VİDEO

Uzun müddətdir ki, sürücülər paytaxtın əsas yollarından biri hesab olunan Ziya Bünyadov prospektində yol infrastrukturundan narazıdırlar. Nəqliyyat vasitəsi idarəçiləri bildirir ki, onsuz da prospektin Böyükşor küçəsi ilə kəsişməsindən etibarən tıxacla üzləşirlər. Bu tıxac Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə qismən yüngülləşir.
Avtosfer.az xəbər verir ki, sürücülərin ən çox şikayət etdiyi hissə Ziya Bünyadov prospektinin Qələbə dairəsindən və 20 Yanvardan gələn zolaqlarının birləşdiyi tuneldə yaşanır. Prospektə eyni zamanda hər iki istiqamətdən 2 zolaqla daxil olan nəqliyyat vasitələri tunel çıxışına yaxınlaşdıqca bir-biri ilə konflikt yaşayır. Yəni tunelin çıxışına 100 metr qalmış 4 zolaq qəflətən 2 zolağa düşür. Nəticədə bu nöqtədə daim sıxlıq yaşanır. Əslində isə 4 zolaq əvvəlcə 3 zolağa çevrilməli, sonra 2 zolaq olmalı idi. Yəni keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun "dahi" komandasının yaratdığı biabırçı layihə axına birbaşa zərbə vurur. Yalnız 100 metr sonra konflikt səngiməyə başlayır. Amma tuneldə bir-birinin yoluna girmək zorunda qalan sürücülər əməlli-başlı gərginlik yaşayaraq hər dəfə Ziya Məmmədovu yad edirlər.
Mütəxəssislər hesab edir ki, bu problem Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmdə şəhərin başqa istiqamətlərində də yaranan vəziyyətlərdən biridir. O vaxt harada gəldi tunel açmağa, harada gəldi dairə təşkil etməyə meyilli olan Ziya Məmmədov bütövlükdə şəhəri böyük bir labirintə çevirdiyinin bəlkə də fərqində deyildi. Çünki icra etdiyi bu layihələr ya uğursuz oldu, ya da tez bir zamanda sıradan çıxdı.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında deyib ki, prospektdəki problem əslində zəncirin halqalarından sadəcə biridir. “Əgər məhz prospektdəki məsələyə diqqət ayırsaq, digər məsələlər kənarda qalacaq. Əsas məsələ dairəvi yolun tamamlanmasıdır. Bu yol tamamlandıqdan sonra nəqliyyat axını Bakıdan kənara çıxarılmalıdır. Yalnız bu zaman artıq hansısa yolda tənzimləmə işləri görmək olar. Bu məsələ dövlət proqramında qeyd olunan yarımdairəvi yolların tikilməsinə bağlıdır. Nəqliyyat məsələlərin həlli bir növ beyin cərrahlığı kimidir. Bir hissəyə toxunduqda, ya bütövlükdə şəhəri iflic edə bilər, ya da uğurlu yol aça bilər”.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












