Azərbaycanda taksi işlətmək üçün - BU ÖDƏNİŞLƏR EDİLMƏLİDİR - MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Bu ödənişi etməyənlərin taksi fəaliyyəti ilə məşğul olmasının qarşısı alınacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat verən Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib ki, həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir.
Nümunə 1. Vergi ödəyicisi Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 9×2=18 manat
MDSS haqqı: (300×6%)x2=36 manat
İTS haqqı: 300×4%=12 manat.
Nümunə 2. Vergi ödəyicisi rayonda fərdi qaydada 5 tonluq nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 5x1x1=5 manat
MDSS haqqı: (300*6%)x1=18 manat
İTS haqqı: 300×4%=12 manat.
fed.az
Avtomobillərdə sükan tarix olur? – Ekranla idarə olunan konsept gündəm oldu – VİDEO
Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?
“Togg” elektromobili “ağıllı şassi” üzərində istehsal ediləcək
Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi ƏSAS SƏHVLƏR
Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - VİDEO
Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv
Bu hallarda vəsiqənizdən məhrum ola bilərsiniz - Sürücülərin nəzərinə!
Bu avtomobillərin satışında rekord gözlənilir
Azərbaycan-İran sərhədində YENİLİK: Avtomobillər üçün yeni marşrut açıldı
Avtomobilin mühərriki qəfil sıradan çıxa bilər? – MÜTƏXƏSSİS RƏYİ
Avtomobilin nömrəsini itirən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu qədər cərimələnə bilərsiz










