Azərbaycanda quldurluq edən bacı-qardaş tutuldu - FOTO

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsidə vətəndaşı bıçaqla ölümlə hədələyərək külli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, cari ilin noyabr ayının 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşdıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.
Yaşadıqları evdə satıcıya əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə hədələyən Sənani Misirov ondan ümumi dəyəri 1050 manat olan 11 ədəd qızıl sikkə, ümumi dəyəri 3300 manat olan qızıl üzük, 1 cüt sırğa, boyunbağı və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyərək vətəndaşa ümumilikdə 15.064 manat maddi ziyan vurub.
Saxlanılan şəxslər əldə etdikləri qənimətlə birlikdə hadisə yerindən uzaqlaşaraq Bakıya şəhərinə gedərək həmin əşyaları satıb nağd pula çeviriblər.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Şəmkir RPŞ-də araşdırmalar davam etdirilir.
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ














