"JEK"lər ləğv oluna, səlahiyyətləri bələdiyyələrə verilə bilər - VİDEO

Azərbaycanda uzun müddətdir ki, müzakirəsi aparılan Mənzil-Kommunal İstismar Sahələri ləğv edilə bilər. Bəs bu halda onların səlahiyyətləri hansı quruma veriləcək?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin ləğvinin yer aldığını deyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev də bildirib ki, "JEK"lər ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir.
Millət vəkili bildirib ki, "JEK"lərin ləğvi məsələsi bir neçə il bundan öncə qaldırılmışdı: "Mən "JEK"in bələdiyyələrə birləşdirilməyini təklif etmişdim. Çünki bu səlahiyyətləri bilavasitə bələdiyyələr yerinə yetirə bilərlər. Ancaq onun da tərəfdarı deyiləm ki, burada uzun müddət çalışanlar işsiz qalsınlar. Əlbəttə ki, bu səlahiyyətlər bələdiyyələrə veriləndən sonra orada çalışan, bu sahəni yaxşı bilən işçilər bələdiyyələrin nəzdində fəaliyyət göstərməlidirlər".
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










