Kişilər atalıq məzuniyyətinə çıxa bilər - Atalara ŞAD XƏBƏR - VİDEO

Bu məsələ illərdir müzakirə olunur. Söhbət atalıq məzuniyyətindən gedir. Necə ki uşaq doğulanda işləyən qadınlara ödənişli məzuniyyət verilir, eləcə də kişilərə verilməlidir deyilir. Bəs verilirmi? Necə olmalıdır?
Qanunvericilikdə hamiləliyə görə qadınların analıq məzuniyyəti hüquqları var. Bu ödənilşi məzuniyyət həm də toxunulmazdır. Ancaq bəzi ailələrdə qadınlar uşaq dünyaya gəldikdən sonra onu saxlamaqda çətinlik çəkirlər. Ya tək olurlar, ya da sağlamlıqları buna imkan vermir. Belə halda kişilər məcbur olub ödənişsiz məzuniyyət götürməli olurlar. Çünki, məcəllədə atalıq məzuniyyəti nəzərdə tutulmayıb. Bu da həmin ailələrin birbaşa gəlirlərinə təsir edir.
Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, qanunverivilikdə atalıqla bağlı xüsusi məzuniyyət olmadığından, həmin kişilərə sadəcə 14 günlük ödənişsiz məzuniyyət verilir. Millət vəkili Fazil Mustafanın fikrincə isə, bu məzuniyyət növü kişilər üçün də ödənişli olmalı və qanunvericilikdə bu istiqamətdə dəyişiklik aparılmalıdır.
Millətvəkilinin sözlərinə görə, ödənişli atalıq məzuniyyəti həmdə ailənin sosial vəziyyətinə görə təyin edilməlidir.
Fazil Mustafa deyir ki, belə ailələrin vəziyyəti müvafiq qurumlar tərəfindən öyrənilməli, yalnız bundan sonra onlara müvafiq formalarda dəstək verilməlidir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












