Ömrümüzün sonuna kimi hər 6 aydan bir peyvənd vurduracağıq? - Professordan açıqlama

“Koronavirus RNT tərkibli olduğundan sürətlə mutasiyaya uğrayır. Təbii ki, hər bir mutagen forma yeni ştamm və xassə qazanır”. Avtosfer.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. O əlavə edib: “Azərbaycanda “Sinovac” şirkətinə məxsus “Coronavac”la kütləvi peyvəndləmə həyata keçirilib. Vaksinasiyanın spesifiklik, həssaslıq və effektlik göstəriciləri haqda birmənalı rəy demək çətindir. Çünki araşdırma zamanı xeyli insanda antikor testi aşağı çıxıb. Buna görə bəzi şübhələr yaranıb”.
Həkimin sözlərinə görə, hər 6 aydan bir peyvəndin yenilənməsi vacibdir: “Rusiya artıq koronavirusa qarşı vaksinasiyanı milli təqvimə salıb. Hər il bu kampaniyanın təkraralanması zərurəti var. Bu baxımdan, nəinki “buster doza”, hətta ikinci peyvəndləmə kampaniyası məqsədəuyğun və zəruridir. Peyvənd seçimi də var. İnsanlar təkrarən peyvənd vurdursalar, daha yaxşı olar. Çünki virus yayılmaqdadır. Nə qədər çox immunizasiya olarsa, o qədər yaxşı kollektiv immunitetə sahib olarıq”.
Yenisabah.az
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ












