Sabiq deputatın oğluna "general-leytenant" rütbəsi VERİLDİ - SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Avtosfer.az-ın məlumatına görə, sərəncama əsasən, 3 nəfər "general-leytenant", 1 nəfər isə "general-mayor" rütbəsi alıb. Onlardan biri tanınmış alim Həsən Mirzəyevin oğlu Yusif Mirzəyevdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisidir. Onun atası H.Mirzəyev isə Milli Məclisin I çağırış deputatı olub.

Ali hərbi rütbəyə layiq görülən digər şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayevdir. Ona "general-leytenant" rütbəsi verilib.

Digər "General-leytenant" rütbəsi alan Mayıl Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir.

"General-mayor" rütbəsi verilən Çingiz Kiçibəyov isə Səfərbrlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisidir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












