Vətən müharibəsinə aid “orden” və “medal”ları satan şəxs HƏBS EDİLDİ

Bakı şəhəri Yasamal rayon məhkəməsində "Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Avtosfer.az bildirir ki, Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibətil iə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşanın, Suqovuşanın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Ağdamın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, "İgidliyə görə” medalları, "İstiqlal” ordeni, "Azərbaycan Bayrağı” ordeni, "Rəşadət” ordeni, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.
Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə Aydın Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











