Bu cihaz 65 soyuducu qədər işıq pulu "yeyir"

Mətbəxdə ən çox elektrik enerjisi sərf edən məişət cihazı bəlli olub.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, elektrikli sobalar anlıq enerji istifadəsinə görə birinci yerdə qərarlaşıb. Gücü 2500 Vatt və daha yüksək olan bu cihazlar 40 Vattlıq müasir soyuducu kompressoru ilə müqayisədə 60-65 dəfə artıq elektrik cəlb edir. Sobada yarım saatlıq bişirmə prosesi zamanı təxminən 1,25 kilovat-saat enerji xərclənir.
Digər mətbəx avadanlıqlarının sərfiyyat göstəriciləri də açıqlanıb. İnduksiyalı plitə 1200 Vatt güclə işlədikdə saatda 1,2 kilovat-saat elektrik işlədir. Paltaryuyan maşının bir dəfə yuyulma dövrəsi isə suyun temperaturundan və seçilən proqramdan asılı olaraq 0,6 ilə 1 kilovat-saat arasında dəyişir.
Mütəxəssislər enerji xərclərini azaltmaq üçün bir sıra vacib məsləhətlər verirlər. Yemək bişirərkən sobanın qapağını tez-tez açmamaq tövsiyə olunur, çünki itirilən istilik əlavə enerji sərfiyyatına səbəb olur. Plitədən istifadə edərkən qabın ölçüsünü ocaq gözünə uyğun seçmək və qapağını bağlı saxlamaq lazımdır. Elektrkli çaydanda yalnız ehtiyac qədər su qaynatmaq, soyuducunun ətrafında havalandırma üçün sahə saxlamaq və içərisinə isti yemək qoymamaq əhəmiyyətlidir. Paltarları isə mümkün qədər aşağı temperaturlarda yumaq məsləhət görülür.
Yəni mətbəxdə düzgün istifadə vərdişləri formalaşdırmaqla elektrik enerjisinə ciddi qənaət etmək mümkündür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












