Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?

Sosial şəbəkələrdə yayılan iddiaya görə, Azərbaycanda “Mən “vor v zakon”am və ya “qanuni oğru”yam” ifadəsini işlədən şəxslər həbs edilə bilər. Hətta həmin şəxsləri 8 ildən 15 ilə qədər həbs gözlədiyi deyilir.
Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı maddə var?
Avtosfer.az globalinfo.az-a istinadla xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova sosial şəbəkələrdə yayılan bu iddia hüquqi baxımdan doğru olmadığını bildirib.
“Qanuni oğruyam” ifadəsini işlətmək öz-özlüyündə cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər”, - deyə o qeyd edib.
Hüquqşünas bildirib ki, sadəcə hansısa şəxsin özünü “qanuni oğru” adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir:
“8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












