Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Bakının Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb.
Avtosfer.az xəbər verir ki, işin hallarına əsasən, S.N. (ad şərti) 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşı A.V-ni (ad şərti) xüsusi amansızlıqla qəsdən öldürüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Mərhumun qızı G.V. (ad şərti) məhkəməyə müraciət edərək atasının anasından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsini tələb edib. İddiaçı bildirib ki, cavabdeh mərhumun sağlığında ona qarşı kobud davranıb, ailə münasibətlərini pozan hərəkətlərə yol verib və nəticədə onu qəsdən həyatdan məhrum edib.
Cavabdeh isə iddiaya etiraz edərək ailəsinə uzun illər maddi və mənəvi dəstək göstərdiyini, cinayətin miras əmlakı əldə etmək məqsədilə törədilmədiyini bildirib.
Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin mərhum həyat yoldaşından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edib.
Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində baş verdiyini, miras əldə etmək məqsədi daşımadığını və buna görə də ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını irəli sürüb.
Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












