Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan 200 min manatdan çoxdur.
Təqsirləndirilən şəxslərdən Rəşad Məlikzadə bundan 2 il əvvəl də 9 milyonluq böyük mənimsəmədə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. İndi isə onunla bağlı başqa epizodlar ortaya çıxıb.
Digər 6 nəfərdən isə yalnız İbadulla Əliyev həbsdədir. Digərləri barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Yekunda təqsirli bilinsələr və dövlətə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən zabitləri 10 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla sinif yoldaşı olduqları, uşaqlıqdan dostluq etdikləri bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












