Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər

Özbəkistan Naxçıvan üzərindən Türkiyəyə uzanacaq dəmir yolunun tikintisində iştirak imkanlarını araşdırmağa başlayıb.
Avtosfer.az "Spot"a istinadən xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov "O'zbekiston 24" telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Prezident Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərləri çərçivəsində Xəzər dənizi infrastrukturundan istifadə, bərələrin alınması və Azərbaycanda dəmir yolunun tikintisində iştirakla bağlı müvafiq tapşırıqlar verilib.
İlhom Mahkamov bildirib ki, sözügedən istiqamətlərin hər biri üzrə ayrıca işçi qrupu fəaliyyət göstərir.
O əlavə edib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi görülmüş işlər və əldə olunan nəticələrlə bağlı hesabat təqdim edib, həmçinin ilin sonunadək həyata keçirilməli tədbirlərlə bağlı yeni tapşırıqlar alıb.
Qeyd edək ki, daha əvvəl Özbəkistanın Türkiyənin Samsun və İstanbul limanlarına çıxış yaradacaq Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanlarını nəzərdən keçirdiyi açıqlanıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS










