Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm

Azərbaycan və Ermənistan tərəfindən imzalanmış və ratifikasiya edilmiş delimitasiya üzrə əsasnamə məcburi hüquqi qüvvəyə malikdir. Məhz bu, bizim ərazi bütövlüyümüzün tanınmasının sübutudur, haqqında danışdığımız Ermənistanın həmin “kadastr şəhadətnaməsi”dir”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Pashinyan jurnalistin hakimiyyətin nəhayət dövlətin “kadastr şəhadətnaməsi”ni tapıb-tapmadığı barədə sualını cavablandırarkən deyib.
Jurnalist Baş nazirə “həmin sənəd olmadan Ermənistandan onu sökməyi tələb edə bilərlər” sözlərini xatırladıb.
Paşinyan ölkə sərhədlərinin axtarılması ilə bağlı sualdan təəccübləndiyini bildirib və Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə əsasnaməsinin ratifikasiya edilməsinin əhəmiyyətini vurğulayıb.
O, qeyd edib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin Ermənistanı yox etmək niyyətində olduğuna inanıb:
“Məhz o zaman başa düşdüm ki, konseptual olaraq səhvə yol veririk. O zaman həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və həmin təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar ki, hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”.
Paşinyan əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












