Pul üstündə tanışlıq elanı yazanlara XƏBƏRDARLIQ

Son zamanlar pulun üzərinə tanışlıq məqsədilə müxtəlif yazıların yazıldığı görüntülər sosial şəbəkələrdə yayılıb. Qanunvericilik baxımından isə pul əskinaslarının üzərinə yazı yazılması düzgün hesab edilmir.
Avtosfer.az xəbər verir ki, Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında cinayət qanunvericiliyinə əsasən, hər hansı əməlin cinayət hesab olunması və buna görə şəxsin cəzalandırılması üçün həmin əməl Cinayət Məcəlləsində təsbit olunmalı olduğunu deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində pul vəsaitinin üzərinə yazı yazılması ilə bağlı ayrıca cinayət məsuliyyəti nəzərdə tutulmayıb:
“Bu baxımdan, yalnız pul üzərində yazı yazılmasına görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Əlbəttə, milli pul vahidimiz dövlətimizin atributlarından biri hesab olunur və ona hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Pul əskinaslarının üzərinə müxtəlif yazıların yazılması, onların cırılması və ya başqa formada yararsız hala salınması düzgün davranış deyil. Lakin belə bir əməlin hüquqi məsuliyyət doğurması üçün onun qanunvericilikdə konkret şəkildə təsbit olunması vacibdir”.
Hüquqşünas əlavə edib ki, hazırda pul üzərində yazı yazılması geniş yayılmış və ciddi ictimai təhlükə yaradan əməl kimi qiymətləndirilmirsə, buna görə ayrıca məsuliyyət müəyyənləşdirilməyib:
“Lakin gələcəkdə belə hallar mütəmadi xarakter alarsa və milli valyutanın qorunması baxımından problemə çevrilərsə, qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməklə inzibati və ya cinayət məsuliyyəti müəyyənləşdirilməsi mümkündür”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












