“Suallar asan deyildi” - Sertifikasiyada yüksək nəticə göstərən müəllim

“Suallar heç də asan deyildi, nisbətən çətin suallar var idi”.
Avtosfer.az azedu.az-a istinadla xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında 52 bal toplayan Zərifə Əliyeva adına Liseyin Azərbaycan dili müəllimi Səbuhi Hüseynov deyib.
Müəllim nəticədən razı qaldığını bildirib:
“Bugünkü sertifikatlaşdırma imtahanında 52 bal topladım. Hədəfim 50 baldan yuxarı nəticə göstərmək idi. 52 bal toplamışam və bu nəticə məni qane edir”.
S.Hüseynovun sözlərinə görə, xüsusilə rus bölməsində Azərbaycan dili tədris edən müəllimlər üçün suallar müəyyən çətinlik yaradırdı:
“Rus bölməsi şagirdlərinə Azərbaycan dili tədris edən müəllim kimi deyə bilərəm ki, suallar kifayət qədər çətin idi. Heç bir halda asan suallar deyildi, nisbətən çətin suallar idi”.
Müəllim imtahana xüsusi hazırlıq keçmədiyini, peşə fəaliyyəti dövründə qazandığı bilik və təcrübəyə əsaslandığını vurğulayıb:
“Xüsusi bir hazırlığım olmayıb. Müəllimlik fəaliyyətim ərzində əldə etdiyim biliklər və dərs prosesində tətbiq etdiyim metodlar əsasında sualları cavablandırdım. Kurikulum və metodika üzrə ayrıca hazırlıq keçməmişdim”.
S.Hüseynov sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərdiyini də bildirib:
“Sertifikatlaşdırma müəllimdən daim öz üzərində işləməyi tələb edir. Bu proses beş ildən bir keçirilir və müəllim həm peşəkar səviyyəsini qorumaq, həm də əldə etdiyi nəticələri saxlamaq üçün davamlı şəkildə inkişaf etməlidir”.
Əməkhaqqı artımına münasibət bildirən müəllim bunun sosial baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edib:
“35 faizlik əməkhaqqı artımı hər bir müəllimin ailə büdcəsi üçün kifayət qədər müsbət və vacib amildir”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












